Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 61

Maddə 61. Sığortaçıların birləşməsi ilə bağlı lisenziyanın verilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İki və ya daha çox sığortaçı birləşmək barədə qərar qəbul etdikdə bu Qanunun 73-cü maddəsinə uyğun olaraq sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən sonra 7 iş günü ərzində sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verilməsi üçün Mərkəzi Banka bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət etməli, Mərkəzi Bank isə bu müraciəti aldıqdan sonra 10 iş günü ərzində müvafiq lisenziyanı verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver