69.1. Sığortaçı ona aidiyyəti olan şəxslərlə aşağıdakılar barədə əqdlər bağlaya bilər:
69.1.1. ona aidiyyəti şəxs olan digər sığortaçı ilə təkrarsığorta müqaviləsinin bağlanması;
69.1.2. bu Qanunun investisiyalarla bağlı tələblərini nəzərə almaqla, işçisi olan aidiyyəti şəxsə borc və ya onun xeyrinə zəmanət verilməsi;
69.1.3. ona aidiyyəti olan şəxsdən borca pul götürülməsi və ya ona sadə veksel verilməsi;
69.1.4. ona aidiyyəti olan şəxslə sığorta müqaviləsinin bağlanması;
69.1.5. ona aidiyyəti olan şəxsdən aşağıdakıların satın alınması, yaxud digər yolla əldə edilməsi:
69.1.5.1. dövlət qiymətli kağızlarının və ya dövlətin zəmanət verdiyi qiymətli kağızların;
69.1.5.2. adi biznes əməliyyatlarında istifadə edilən malların.
69.2. Sığortaçı ona aidiyyəti olan şəxsə öz əmlakını əmlakın dəyərinin həmin şəxs tərəfindən tam məbləğdə ödənilməsi şərtilə sata bilər.
69.3. Sığortaçı ona aidiyyəti olan şəxsin adi biznes əməliyyatlarında təklif etdiyi xidmətlərdən istifadə edə bilər.
69.4. Sığortaçı bu Qanunun tələblərini nəzərə almaqla, adi biznes əməliyyatlarında özünün təklif etdiyi xidmətlərlə ona aidiyyəti olan şəxsi təmin edə bilər.
69.5. Aidiyyəti şəxs dəyərini dərhal pul formasında ödəməklə sığortaçının səhmlərini ala bilər.
69.6. Sığortaçı idarəetmə orqanının üzvü olan ona aidiyyəti olan şəxslə idarəetmə orqanının üzvü kimi əməyin ödənilməsi, pensiya təminatı, mükafatlandırma, opsion və digər bu kimi təminatlar barədə əqdlər bağlaya bilər.
69.7. Bu Qanunla nəzərdə tutulanlar istisna edilməklə, sığortaçı ona aidiyyəti olan şəxslərlə digər əqdlər bağlaya bilməz.