Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 75

Maddə 75. Sığortaçının müstəqil auditorunun əvəz edilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

75.1. Sığortaçının müstəqil auditoru bu Qanunun tələblərinə uyğun olmadıqda səlahiyyətli idarəetmə orqanının qərarı ilə onun təyinatı geri götürülə bilər.

75.2. Sığortaçının müstəqil auditoru funksiyalarının icrasından imtina edə bilər.

75.3. Bu Qanunun 75.1-ci və 75.2-ci maddələrində nəzərdə tutulmuş hallarda Səhmdarların Ümumi Yığıncağı tərəfindən yeni auditorun təyin edilməsi 10 iş günü müddətində mümkün olmadıqda həmin müddətdə yeni auditoru Direktorlar Şurası təyin edir.

75.4. Yeni müstəqil auditor əvvəlki müstəqil auditorun funksiyalarının başa çatmasına qalan müddətə təyin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver