77.2. Sığortaçının Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, işçiləri və ya nümayəndələri müstəqil auditorun bütün mümkün sənədləri, aktivləri və ya qiymətli kağızları sərbəst yoxlaması üçün şərait yaratmalı, sığortaçının fəaliyyəti ilə əlaqədar lazım olan bütün mümkün məlumatlarla onu təmin etməlidirlər.
77.3. Müstəqil auditor apardığı yoxlama nəticəsində qanuna zidd olan və ya sığortaçının maliyyə sabitliyinə mənfi təsir göstərə bilən əqdlər, yaxud hallar barədə sığortaçıya və Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.
77.4. Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.
77.5. Mərkəzi Bank sığortaçının müstəqil auditinin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələblər müəyyənləşdirir.
77.7. Sığortaçının auditi "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununda və bu Qanunun 77.5-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun aparılmadıqda Mərkəzi Bank müstəqil auditoru dəyişdirməklə sığortaçının öz hesabına təkrar auditin keçirilməsini tələb etməlidir.