Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 81-3

Maddə 81-3. Aktuari şəhadətnaməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

81-3.1. Aktuari fəaliyyəti ilə Mərkəzi Bankın verdiyi müvafiq şəhadətnaməyə (bundan sonra — "aktuari şəhadətnaməsi") malik olan şəxslər məşğul ola bilər.

81-3.2. Aktuari şəhadətnaməsi verilməsi üçün keçirilən attestasiyaya vətəndaş qüsursuzluğu və ali təhsili olan şəxslər buraxılır.

81-3.3. Aktuari şəhadətnaməsi Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydalara əsasən attestasiyadan keçmiş şəxslərə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra 5 iş günü ərzində verilir. Aktuari şəhadətnaməsi attestasiya günündən hesablanaraq 5 il müddətinə verilir.

81-3.4. Aktuari şəhadətnaməsinin müddəti bitdikdə, aktuari yeni şəhadətnamə almaq üçün Mərkəzi Banka yenidən attestasiyadan keçməlidir.

81-3.5. Aktuari şəhadətnaməsi verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

81-3.6. Aktuari şəhadətnaməsinin forması və doldurulması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver