81-4.1. Bu Qanunun 81-3.3-cü maddəsində nəzərdə tutulan attestasiyadan keçmiş və aktuari şəhadətnaməsini almış şəxslər dərhal bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan aktuarilərin reyestrinə daxil edilir.
81-4.2. Aktuari aşağıdakı hallarda Mərkəzi Bank tərəfindən aktuarilərin reyestrindən çıxarılır:
81-4.2.1. aktuari şəhadətnaməsinin müddəti bitdikdə;
81-4.2.2. məsul aktuari bir il ərzində iki dəfə bu Qanunun 81-7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edildikdə;
81-4.2.3. vətəndaş qüsursuzluğunu aradan qaldıran hal baş verdikdə;
81-4.2.4. öldükdə.
81-4.3. Bu Qanunun 81-4.2.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, aktuarilərin reyestrindən çıxarılmış şəxsin aktuari şəhadətnaməsi reyestrdən çıxarıldığı tarixdən ləğv edilmiş hesab olunur.
81-4.4. Bu Qanunun 81-4.2.2-ci maddəsinə əsasən reyestrdən çıxarılmış şəxs yenidən aktuari şəhadətnaməsi almaq üçün reyestrdən çıxarıldığı tarixdən ən azı bir il sonra Mərkəzi Banka müraciət edə bilər.