Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Sığortaçının adı

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Sığortaçının adı Azərbaycan dilində müəyyən olunmalıdır.

9.2. Sığortaçının adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.

9.3. Sığortaçı adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.

9.4. Sığortaçının tam adında «sığorta» sözünün olması məcburidir.

9.5. Müstəsna olaraq həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının tam adında “həyat” sözünün olması məcburidir.

9.6. Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçının tam adında «təkrarsığorta» sözünün olması məcburidir.

9.7. Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı sığortaçının adında "Azərbaycan", "dövlət", "milli", "mərkəzi", "büdcə" və "respublika" sözlərindən istifadə edilməsi qadağandır.

9.8. Sığortaçının öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığortaçıların, habelə xarici sığortaçıların adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.

9.9. Öz adında səhmlərinin əlli faiz və ya daha çox hissəsinə malik olan xarici səhmdarının adından istifadə edən sığortaçıya bu Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri şamil olunmur.

9.10. Sığortaçı adında edilən dəyişikliklə bağlı müvafiq sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün səlahiyyətli orqana təqdim etməzdən əvvəl həmin dəyişikliyi Mərkəzi Bankla razılaşdırmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver