Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 94

Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

94.1. Sığorta brokeri fəaliyyəti sığorta brokerinin, sığorta agenti fəaliyyəti isə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin əsas fəaliyyət növüdür.

94.2. Sığorta vasitəçisi fəaliyyəti ilə yanaşı başqa vəzifə tutan və ya başqa fəaliyyətlə məşğul olan fiziki şəxs, bu vəzifə və ya fəaliyyətlə bağlı maraqlarının sığorta vasitəçisi kimi qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə xələl gətirməsinə imkan verməməlidir.

94.3. Fiziki şəxs olan sığorta brokeri və sığorta agenti eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.

94.4. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

94.4.1. sığorta sahəsində mütəxəssislərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

94.4.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

94.4.3. sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;

94.4.4. öz müştərilərinin sənədlərinin hüquqi ekspertizasının keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver