93.1. Sığortaçıların hesabat və məlumatları ilə bağlı bu Qanunun 78-ci maddəsinin tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə bu Qanunun 93.2-ci maddəsinin tələbi nəzərə alınmaqla şamil edilir.
93.2. Hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin (iri və orta sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.
93.2-2. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxslər bu Qanunun 83.3-1-ci və 88.4-cü maddələrində nəzərdə tutulmuş əməkdaşları barədə hər maliyyə ilinin sonunda Mərkəzi Banka yazılı məlumat verməlidir.
93.2-3. Sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.