Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 96-8

Maddə 96-8. Moratorium

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

96-8.1. Sığortaçıya müvəqqəti inzibatçı təyin olunduğu dövrdə məhkəmə Mərkəzi Bankın ərizəsi ilə sığortaçının öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edə) bilər.

96-8.2. Moratorium ilkin olaraq 3 ay müddətinə tətbiq edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verilənədək uzadıla bilər.

96-8.3. Moratorium zamanı sığortaçının sığorta ödənişlərinin, əmək münasibətlərindən irəli gələn öhdəliklərinin və fəaliyyətinin təmin olunması üçün zəruri olan təsərrüfat xərclərinin həyata keçirilməsindən başqa, aşağıdakılar da daxil olmaqla, digər öhdəliklərinin icrası dayandırılır:

96-8.3.1. vergilər və başqa dövlət ödənişləri;

96-8.3.2. icra sənədləri üzrə icraat;

96-8.3.3. sığorta müqavilələrinə vaxtından əvvəl xitam verilərkən sığortalıya qaytarılmalı olan məbləğlər;

96-8.3.4. sığortaçının səhmdarlarının onlara məxsus səhmlərin geri alınması nəticəsində yaranan pul öhdəlikləri.

96.8.4. Öhdəliklərin dayandırılması zamanı öhdəliklər üzrə bütün faizlərin, dəbbə pulunun hesablanması dayandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver