Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 96-7

Maddə 96-7. Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçının fəaliyyəti üzərində nəzarət

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

96-7.1. Mərkəzi Bank müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.

96-7.2. Mərkəzi Bank:

96-7.2.1. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;

96-7.2.2. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;

96-7.2.3. müvəqqəti inzibatçıdan hesabat almağa;

96-7.2.4. müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 96-5.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına səlahiyyətlidir.

96-7.3. Müvəqqəti inzibatçı yalnız Mərkəzi Bank qarşısında hesabat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver