6.1. Bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
6.2. “ Sosial sığorta haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir.