7.0. “ Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:
7.0.1. dövlət qulluqçularına ömürlük müavinət - “ Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda;
7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
7.0.3. əlilliyə g ö rə m ü avinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ı n (qurumun) qərar ı əsas ı nda əlilliyi m ü əyyən edilmi ş ş əxsin əmək pensiyas ı h ü ququ olmad ı qda;
7.0.5. ailə başçısını itirməyə görə müavinət:
7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq Maddə 7. … onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;
7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;
7.0.9. valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “ Ünvanlı dövlət sosial yardımı haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;
7.0.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin “ Ünvanlı dövlət sosial yardımı haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda; 7.0.10-2. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət – “ Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında ” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda; 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; Maddə 7. … müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; 7.0.10-4. övladlığa götürülən uşağa görə müavinət – valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən əlilliyi olan uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə); 7.0.10-5. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən əlilliyi olan uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.
7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək övladlarının qəza nəticəsində əlilliyini təsdiq edən “ Əlilliyi olan şəxslərin hüquqları haqqında ” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə;
7.0.12. uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;
7.0.13. dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “ Maddə 7. … təqdim edildikdə;
7.0.13. dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “ İşsizlikdən sığorta haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə;
7.0.14. Azərbaycan Respublikas ı n ı n i şğ aldan azad edilmi ş ərazilərində i ş ləyən m ü təxəssisə ilkin maddi-məi ş ət ş əraitinin dəstəklənməsi üçü n m ü avinət – Azərbaycan Respublikas ı Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə al ı nmaqla, Azərbaycan Respublikas ı n ı n i şğ aldan azad edilmi ş ərazilərində i ş ləmək üçü n az ı bir il m ü ddətinə ba ğ lan ı lm ış əmək m ü qaviləsi olduqda;
7.0.15. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.