Qanunvericilik › Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Qanunun tətbiq dairəsi

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Bu Qanun standartlaşdırma sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə şamil olunur.

2.2. Bu Qanunun müddəaları malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan uyğunluğun məcburi qiymətləndirilməsi məsələlərinə şamil edilmir.

2.3. Bu Qanun təhsil, milli mühasibat uçotu, minatəmizləmə fəaliyyəti, dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı standartlara şamil edilmir.

2.4. Ələt azad iqtisadi zonasında standartlaşdırma sahəsində yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver