Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətini müəyyən etmək; su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində investisiya siyasətini həyata keçirmək; su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramlarını təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək; su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində elmi-texniki siyasəti həyata keçirmək; su obyektlərinin dövlət monitorinqinin, dövlət su kadastrının aparılması, habelə yerüstü və yeraltı suların uçotunun həyata keçirilməsi qaydalarını müəyyən etmək; su obyektlərindən istifadə qaydalarını müəyyən etmək və həyata keçirilməsini təmin etmək; su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazə verilməsi qaydalarını müəyyən etmək; su obyektlərinin suqoruyucu zonalarının, sahilboyu mühafizə zolaqlarının müəyyən edilməsi qaydalarını, onların ərazilərindən istifadə rejimini müəyyən etmək; su obyektlərinin istifadəsi, bərpası və mühafizəsinin iqtisadi tənzimlənməsi prinsiplərini, su obyektindən və sudan istifadəyə görə haqqı və onların ödəmə qaydalarını, sudan istifadəyə görə güzəşt və azadolmaları müəyyən etmək; su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını mü Maddə 18. Su … və azadolmaları müəyyən etmək; su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən etmək; su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində standartları, normaları və qaydaları təsdiq etmək; su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi, yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasını təmin etmək; suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlıqların, müəssisələrin və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə onların istismarını məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək; xüsusi qorunan su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin, onların sanitariya mühafizəsi zonaları və dairələrinin rejimini təyin etmək; sel sularına qarşı, habelə suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək; fəlakət və qəzaların, ekoloji böhranların qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər müəyyən etmək, onların həyata keçirilməsini təşkil etmək; su obyektlərində sudan ödənişli istifadənin təyinatlarını müəyyən etmək; su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir: müva Maddə 18. Su … keçirmək. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 18
Maddə 18. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver