QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 20

Maddə 20. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: bələdiyyə mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; su obyektlərinin istifadəsi və mühafizəsi tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tədbirlərinə əməl olunmasına nəzarət etmək; müvafiq ərazilərdə yerləşən su obyektlərində içməli və məişət su təchizatı üçün su götürülməsini, çimərlik, heyvanların suvarılması qadağan edilən yerlərini və sudan ümumi istifadənin digər şərtlərini, habelə su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq müəyyən etmək; su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. IV fəsil Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver