Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su obyektləri istifadəçiləri barədə məlumatların məcmusudur. Dövlət su kadastrı Azərbaycan Respublikasında vahid sistem üzrə aparılır və suların dövlət uçotu məlumatlarına əsaslanır. Su obyektlərinin istifadəçiləri tərəfindən dövlət su kadastrına daxil edilməli olan məlumatların müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməsi məcburidir. Dövlət su kadastrının məlumatları müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etməsi üçün əsasdır. Dövlət su kadastrı müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılır.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 26
Maddə 26. Dövlət su kadastrı
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver