QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 25

Maddə 25. Suların dövlət uçotu

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Suların dövlət uçotu müəyyən olunmuş qaydada müvafiq ərazidə mövcud olan su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin müntəzəm olaraq müəyyən edilməsindən ibarətdir. Suların dövlət uçotu su obyektlərinin səmərəli istifadəsi və mühafizəsinin cari və perspektiv planlaşdırılmasının təmin edilməsi məqsədi ilə aparılır. Suların dövlət uçot məlumatları kəmiyyət və keyfiyyət göstəricilərinə, onların öyrənilməsi və istifadə dərəcəsinə görə yerüstü və yeraltı su obyektlərinin vəziyyətini xarakterizə edir. Suların dövlət uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır, su obyektlərinin istifadəçilərinin və dövlət monitorinqinin uçot məlumatlarına əsaslanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver