obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən ətraf mühitin mühafizəsini və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını mühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə olunması qaydalarına riayət olunmalıdır. Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su bioresurslarının ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə şəhərin, rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan, icarəyə və ayrıca istifadəyə verilmiş su obyektlərində Maddə 36. Su … sının başqa şərtlərini təyin edə bilərlər. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan, icarəyə və ayrıca istifadəyə verilmiş su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə edilməsinə razılıq mülkiyyətçilərin və su obyekti istifadəçilərinin müəyyən etdikləri şərtlərlə və ya müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə verilə bilər. Ümumi istifadədə olan su obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su bioresurslarının ovu üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ vardır. Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər. Ümumi istifadədə olan su obyektlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 36
Maddə 36. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə Ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver