QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 37

Maddə 37. Su obyektlərindən ayrıca istifadə Ayrıca istifadədə olan su obyektləri məhdud şəxslər tərəfindən istifadə olunan su obyektləridir

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət mülkiyyətində olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müdafiə, energetika, nəqliyyat, habelə digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər. Su obyektlərinin ayrıca istifadəyə verilməsi qərarında su obyektlərindən istifadənin məqsədi və əsas şərtləri göstərilir. Su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır. Ayrıca istifadəyə verilmiş su obyektləri müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ümumi məqsədlər üçün istifadəyə verilə və ya geri alına bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver