QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 92

Maddə 92. Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması Müvafiq icra hakimiyyəti orqanı və su obyektlərinin

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

istifadəçiləri: daşqınların, subasmanın və su altında qalmanın; bəndlərin və digər qurğuların sahillərinin dağılmasının; torpaqların eroziyasının, bataqlaşmasının və şoranlaşmasının; yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər. Suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir. Ərazi vahidlərinin ərazisində daşqınlar və güclü sellər nəticəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması və aradan qaldırılması işlərinin yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr təşkil edirlər. Su obyektlərində təbii fəlakət və qəza baş verdiyi hallarda su obyektləri istifadəçiləri suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin aparılmasında iştirak etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti orqanları ilə və bələdiyyələrlə razılaşdırılmaqla aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver