Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri su obyektlərinin bərpasına və mühafizəsinə yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi və birləşdirilməsi məqsədi ilə bağlanıla bilər. Hövzə sazişləri müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyələr və su istifadəçiləri arasında bağlanılır. Hövzə sazişinin məqsəd və vəzifələrini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq su obyektlərinin bərpası və mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün xüsusi su fondu yaradıla bilər. Hövzə sazişləri su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi üzrə dövlət proqramları və digər layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının təklifi ilə hazırlanır. XV fəsil Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və istismarı
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 93
Maddə 93. Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver