Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Su təchizatı sistemlərinin tikinti xərclərinin ödənilməsi

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su təchizatı sistemlərinin yaradılmasına və ya tikintisinə çəkilən xərclər su təchizatı müəssisəsi tərəfindən aşağıdakı mənbələrdən ödənilə bilər:

a) su təchizatı obyektlərinin sahiblərinin ödəmələrindən;

b) su təchizatı müəssisəsinin ümumi gəlirlərindən və fondlarından;

c) su təchizatı sisteminin inkişafı və əsaslı tikintisinə sərf olunan xərclərin qismən ödənilməsi üçün ayrılan dövlət vəsaitindən və digər ödəmələrdən.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver