Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onun tikinti obyektini aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır:

a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun;

2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər:

a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını;

3. Xidmətlər göstərilərkən su təchizatı müəssisəsi səbəbsiz olaraq hər hansı istehlakçılar qrupuna və ya potensial istehlakçılara ayrı seçkilik etməməlidir. Ayrı-ayrı istehlakçıya və ya istehlakçılar qrupuna ilkin xidmətlərin göstərilməsinə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə və qaydada etiraz edilə bilər.

4. Tikinti obyektləri (o cümlədən yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara icazənin alınması üçün təqdim edilir.

5. Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver