1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. taxıl - ərzaq, toxum, yem və texniki məqsədlər üçün istifadə edilən dənli və dənli-paxlalı bitkilərin dənləri;
1.0.2. taxıl emalı məhsulları - un, yarma çörək, çörəkbişirmə və makaron məmulatları, qarışıq yemlər və taxıl emalından çıxan əlavə məhsullar;
1.0.3. taxıl məhsulları - taxıl və taxıl emalı məhsulları;
1.0.4. taxılın və taxıl emalı məhsullarının minimum keyfiyyəti - taxıl məhsullarının istehlak xassələrinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu;
1.0.5. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar - “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar.