2.1. Taxıl haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının aqrar qanunvericiliyindən ibarətdir.
2.2. Taxıl emalı məhsullarının istehsalının və bazarının təşkili, minimum keyfiyyətinin idarə edilməsi qaydaları bu Qanunla yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə taxıl istehsalının, tədarükünün və bazarının təşkili, taxıl məhsullarının keyfiyyətinin idarə edilməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.