10.0. Taxıl bazarının dövlət tənzimlənməsi müvafiq qaydada təsdiq edilmiş taxıl məhsullarının balansları əsasında yalnız iqtisadi üsullarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
10.0.1. qiymət tarazlığının təmin olunması məqsədi ilə taxıl bazarına əmtəə müdaxiləsi;
10.0.2. taxıl bazarının monitorinqi, proqnozlaşdırılması və taxılçılıq fəaliyyəti subyektlərinin məlumatlandırılması;
10.0.3. taxıl bazarında haqsız rəqabətlə mübarizə və yerli istehsalçılara dövlət himayəsi;
10.0.4. taxıl məhsullarının minimum keyfiyyətinə dair tələblərin normalaşdırılması və sertifikatlaşdırılmasının təşkili.