Qanunvericilik › Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Taxıl məhsullarının idxal və ixracı

Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.2. Azərbaycan Respublikasına idxal olunan taxıl məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan taxıl məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur.

11.3. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərdə nəzərdə tutulmuş müvafiq sertifikatı olmayan taxıl məhsulları yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada sərgilərdə nümayiş, tədqiqat və sınaq məqsədi ilə ölkə ərazisinə idxal oluna bilər.

11.4. Taxıl məhsullarının ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

11.5. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.

IV fəsil

Taxıl məhsullarının MİNİMUM keyfİyyətİnİn İdarə edİlməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver