Qanunvericilik › Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Taxıl məhsullarının minimum keyfiyyətinə dair tələblər

Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Taxılın minimum keyfiyyətinin təmin olunması sahəsində normalaşdırma müxtəlif taxıl növlərinin istehsal, tədarük, kondisiyaya çatdırma, daşınma, saxlanma, emal və satış şərtlərini nizamlayan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların müəyyənləşdirilməsidir.

13.2. Taxıl emalı məhsullarının minimum keyfiyyətinin təmin olunması sahəsində tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur.

13.3. Taxıl məhsullarının minimum keyfiyyətinin təmin olunması sahəsində tələblərin normalaşdırılması qaydasına əməl edilməsi bütün taxılçılıq fəaliyyətinin subyektləri üçün məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver