14.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir.
14.2. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır.