Qanunvericilik › Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1.0.1. təbii müalicə ehtiyatları - xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üçün yararlı olan mineral sular, müalicəvi palçıqlar, müalicəvi Naftalan nefti, şor göllər, müalicəvi iqlim, çimərliklər və s.;

1.0.2. müalicə-sağlamlaşdırma yeri - təbii müalicə ehtiyatlarına malik təbiət ərazisi;

1.0.3. kurort - təbii müalicə ehtiyatlarına malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi;

1.0.4. kurort fəaliyyəti - təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktiki fəaliyyət növlərinin məcmusu;

1.0.5. sanatoriya-kurort müəssisələri - müalicə-sağlamlaşdırma yerlərində və kurortların ərazisində yerləşən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müalicə-sağlamlaşdırma xidmətləri göstərən müəssisələr (sanatoriyalar, pansionatlar, istirahət evləri, idman-sağlamlıq düşərgələri və s.);

1.0.6. sanitariya mühafizə zonası - təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onlara bitişik sahələrin çirklənməkdən və vaxtından əvvəl tükənməkdən qorunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş təsərrüfatçılıq, yaşayış və təbiətdən istifadə rejiminə malik ərazi;

1.0.7. Azərbaycan Respublikasının kurort fondu - dövlət uçotuna alınmış bütün növ təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların məcmusu.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver