2.1. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Bu Qanun müalicə-sağlamlaşdırma yerləri və kurortlar, turizm və rekreasiya zonaları daxilində, həmçinin onların sərhədlərindən kənarda yerləşən təbii müalicə ehtiyatlarının istifadəsi və mühafizəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.