3.1. Müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara təbii müalicə ehtiyatlarına malik təbiət əraziləri aid edilə bilər.
3.2. Ərazinin müalicə-sağlamlaşdırma yeri və kurort kimi tanınması həmin ərazinin və orada mövcud olan təbii müalicə ehtiyatlarının tibbi-bioloji, kurortoloji, geoloji, hidrogeoloji və digər tədqiqatları əsasında müəyyən edilir.
3.3. Azərbaycan Respublikasında müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların təşkili, ləğvi, onların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
3.4. Hər bir kurortun fəaliyyət qaydası və xüsusiyyətləri həmin kurortun əhəmiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur. Kurortlar haqqında nümunəvi əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.