Qanunvericilik › Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Təbii müalicə ehtiyatlarından istifadə hüququ

Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Təbii müalicə ehtiyatları istifadəyə xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili məqsədi ilə qanunvericiliyə uyğun olaraq verilə bilər.

8.2. Təbii müalicə ehtiyatları hüquqi və fiziki şəxslərin istifadəsinə verilərkən onların hüquqi statusu, rejimi və məqsədli təyinatı saxlanılır.

8.3. Təbii müalicə ehtiyatlarından istifadə qaydasının pozulması hallarında onlardan istifadə hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırıla və ya ona xitam verilə bilər. Təbii müalicə ehtiyatlarından istifadə hüququnun dayandırılması və ya ona xitam verilməsi təqsirli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş digər məsuliyyət növlərindən azad etmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver