Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-12

Maddə 15-12. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi, habelə dərman və tibb vasitələrinin təmin edilməsi qaydası

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-12.1. Sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi, habelə onların dərman və tibb vasitələri ilə təmin edilməsi xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilir.

15-12.2. İlkin tibbi-sanitariya yardımı, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi, habelə sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver