1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.
1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir.
1.3. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən və ya tam tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları tətbiq edilir.