2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur:
2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması;
2.1.2. su bioloji ehtiyatlarının ovu:
2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;
2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;
2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;
2.1.6. dənizdə batmış əmlakın qaldırılması;
2.1.7. dəniz ətraf mühitinin qorunması və saxlanması;
2.1.8. digər təsərrüfat, elmi, tədris, idman, gəzinti və mədəni məqsədlər üçün istifadə.
2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu. 2.2-1. Avtonom gəmi – səfərin hər hansı bir hissəsində və ya bütün səfər boyunca insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı gəmi. 2.2-2. Avtonom gəminin operatoru (bundan sonra – operator) – avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxs. 2.2-3. Məsafədən idarəetmə mərkəzi – avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi.
2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsind Maddə 2. Ticarət gəmiçiliyi … dən həyata keçirildiyi idarəetmə məntəqəsi.
2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz adından istismar edən şəxs.
2.4. Dəniz limanı (bundan sonra - liman və ya dəniz limanı) — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi.
2.5. Liman idarəsi – limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hüquqi şəxs. 2.5-1. Dəniz əməliyyatları bazası – dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dövlət nəzarətinin təmin edilməsi, gəmilərin dayanması, onlara xidmət göstərilməsi, habelə dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı üçün nəzərdə tutulmuş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada reyestri aparılan qurğular kompleksi.
2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun olaraq gəminin müəyyən edilən ümumi tutumu.
2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.
2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz Maddə 2. Ticarət gəmiçiliyi … sablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.
2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları və dəniz əməliyyatları bazaları arasında icra edilən daşıma və dəniz yedəkləməsi.
2.9. Bayraq nəzarəti – Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti.
2.10. Liman nəzarəti – Azərbaycan Respublikasının limanlarına daxil olan və ya limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti.
2.11. Dənizçi – gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs.
2.12. Beynəlxalq Dəniz Təşkilatı nömrəsi – gəmiyə və dənizçilik şirkətinə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən identifikasiya nömrəsi.