QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 118

Maddə 118. Gəminin təyinat limanına daxil olmasına maneələr

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

118.1. Müvafiq hakimiyyət orqanlarının qadağanı nəticəsində, təbiət hadisələrinə və ya daşıyıcıdan asılı olmayan digər səbəblərə görə gəmi təyinat limanına daxil ola bilmədikdə, daşıyıcı bu barədə yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə, əgər belə şəxs daşıyıcıya məlumdursa, dərhal məlumat verməlidir.

118.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə və daşıyıcının bildirişi göndərildikdən sonra ağlabatan müddət ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin yüklə nə etmək barədə sərəncamı daxil olmazsa, gəmi kapitanı öz mülahizəsinə əsasən yükgöndərən və ya fraxtedən, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxs üçün daha sərfəli hesab edilməsindən asılı olaraq yükü ya yaxın limanların birində boşaltmaq, yaxud yükü yola salındığı limana qaytarmaq hüququna malikdir.

118.3. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədikdə, gəmi kapitanı təyinat limanına çatdırıla bilməyəcək yükü yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamına müvafiq olaraq başqa limanda boşaltmalıdır. Daşıyıcının bildirişi göndəriləndən sonra 72 saat ərzində belə sərəncam alınmadıqda, gəmi kapitanının yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən yaxın limanların birində boşaltmaq hüququ vardı Maddə 118. Gəminin təyinat limanına daxil … yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən yaxın limanların birində boşaltmaq hüququ vardır. Alınan sərəncamı gəmidə olan başqa yüklərin sahiblərinə zərər vurmadan icra etmək mümkün olmadığı halda da gəmi kapitanının belə hərəkət etmək hüququ vardır.

118.4. Daşıyıcının yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamını ağlabatan müddət ərzində gözləməsi ilə bağlı xərclərin və yük üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə, habelə yükün daşındığı faktik məsafəyə mütənasib olan məbləğdə fraxt almaq hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver