QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 119

Maddə 119. Dənizlə yük daşınması müqaviləsinin icrasından imtina

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

119.1. Əgər vurulmuş yükün dəyəri fraxtı və daşıyıcının yükə dair xərclərini örtmürsə və gəmi səfərə çıxana kimi yükgöndərən, fraxtedən və ya yükalandan biri və ya onların səlahiyyətləndirdiyi digər şəxs fraxtı tam ödəməyib və əlavə təminat təqdim etməyibsə, daşıyıcının gəmi səfərə çıxana kimi dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etmək və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

119.2. Yükgöndərənin və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından, daşıyıcının bu müqavilənin icrası ilə əlaqədar çəkdiyi bütün xərcləri, boşdayanma haqqını və/və ya fraxtı, yaxud onun hissəsini ödəmək şərti ilə, imtina etmək hüququ vardır.

119.3. Gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü, hətta yükün boşaldılması gəmini müəyyənləşdirilmiş vaxtdan artıq ləngitsə belə, yükgöndərənə və ya fraxtedənə verməyə borcludur.

119.4. Gəmi səfərdə olduğu zaman yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, yükgöndərən və ya fraxtedən yükü yalnız gəminin dənizlə yük daşınması müqaviləsinə əsasən daxil olacağı təyinat limanında və ya zərurət qarşısında daxil olduğu digər limanda tələb edə bilər.

119.5. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədiyi halda yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yük Maddə 119. Dənizlə yük daşınması … şınması üçün gəmi bütövlükdə verilmədiyi halda yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü təyinat limanına çatdıranadək onu yükgöndərənin və ya fraxtedənin tələbi ilə yalnız bununla daşıyıcıya və digər yükgöndərən və ya fraxtedənə zərərin vurulmadığı halda verməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver