13.1. Dövlət gəmi reyestrində, berbout-çarter reyestrində və ya gəmi kitabında qeydiyyata alınacaq gəminin öz adı olmalıdır.
13.2. Gəminin adı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən verilir.
13.3. Gəmi üzərində mülkiyyət hüququ başqasına keçdikdə və ya kifayət qədər olan digər əsaslarla gəminin adı dəyişdirilə bilər. Gəminin dövlət qeydiyyatına alınmış ipotekasını saxlayanlar gəminin adının dəyişdirilməsi barədə dərhal məlumatlandırılır.