14.1. Gəmiyə çağırış siqnalı verilir. Texniki təchizatından asılı olaraq gəmiyə həmçinin gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsi və gəmi radiostansiyasının fərdi çağırış nömrəsi verilir.
14.2. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
14.3. Gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi olmalıdır.