16.1. Gəmi yalnız dənizdə üzmək təhlükəsizliyinin və ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə cavab verdikdə səfərə buraxıla bilər.
16.2. Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində kiçikhəcmli gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarəti həyata keçirirlər.
16.3. Bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulan gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
16.4. Gəminin konstruksiyasında dəyişikliklər və gəmidə aparılan modifikasiya ilə bağlı layihələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra həyata keçirilir.