QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 15

Maddə 15. Gəmilərin texniki nəzarəti və təsnifatı orqanları

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə texniki nəzarət və onların təsnifatı gəmi sahibinin və (və ya) gəmi mülkiyyətçisinin seçdiyi təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasının ərazisində gəmilərin inşasına və ya təmirinə, eləcə də Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda gəmilərin inşasına texniki nəzarət təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.

15.3. Təsnifat cəmiyyətlərinin fəaliyyətinə razılıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver