QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 195

Maddə 195. Dəniz sığortasının obyekti

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

195.1. Ticarət gəmiçiliyi ilə bağlı olan hər hansı bir əşya mənafeyi dəniz sığortasının obyekti ola bilər: gəmi, inşa edilən gəmi, yük, fraxt, habelə sərnişinin gediş haqqı, gəmidən istifadə etməyə görə haqq, yükdən gözlənilən mənfəət və gəmi, yük və fraxt ilə təmin olunan başqa tələblər, gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin əmək haqları və onlara çatacaq digər məbləğlər, o cümlədən repatriasiya üçün xərclər, gəmi sahibinin və sığortaçının öz üzərinə götürdüyü risk (təkrar sığorta).

195.2. Sığorta obyekti dəniz sığorta müqaviləsində göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver