QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 196

Maddə 196. Sığorta riski haqqında məlumat

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

196.1. Dəniz sığorta müqaviləsi bağlanarkən sığortalı ona məlum olan və ya məlum olmalı və riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları, habelə sığortaçının sorğu verdiyi məlumatları sığortaçıya bildirməlidir.

196.2. Sığortalı hamıya məlum olan, habelə sığortaçıya məlum olan və ya məlum olmalı məlumatları sığortaçıya bildirməkdən azad edilir.

196.3. Sığortalı riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları sığortaçıya bildirmədikdə və ya yanlış məlumat verdikdə, sığortaçı dəniz sığorta müqaviləsindən imtina edə bilər. Belə halda, əgər sığortalı məlumatları bildirməməkdə və ya yanlış məlumat verməkdə təqsirinin olmadığını sübuta yetirə bilməsə, sığorta haqqı (mükafat) sığortaçıya çatır.

196.4. Əgər riskin dərəcəsini müəyyənləşdirmədikdə mühüm əhəmiyyəti olan və sığortalı tərəfindən bildirilməyən hallar aradan qaldırılıbsa, sığortaçı müqavilədən imtina edə bilməz.

196.5. Müqavilə bağlanarkən sığortaçının sorğusu əsasında məlumatlar sığortalı tərəfindən təqdim edilmədikdə, sığortaçı sonradan belə məlumatların verilməməsini əsas tutaraq müqavilədən imtina edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver