QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 226

Maddə 226. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və ya yenidən gəmiyə yüklənməsi ilə

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

əlaqədar çəkilən xərclər

226.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində gəminin zədələnməsini aradan qaldırmağa imkan əldə etmək məqsədi ilə, əgər aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün zəruridirsə, yükün vurulma yerində, gəminin daxil olduğu və ya sığınacaq yerində yükün, yanacağın və ya təchizat predmetlərinin yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və yenidən gəmiyə yüklənməsi ilə əlaqədar olaraq çəkilən xərclər ümumi qəza hesab edilir.

226.2. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclər aşağıdakı hallarda ümumi qəza hesab edilmir:

226.2.1. xərclər yükün, yanacağın və ya təchizat predmetlərinin səfər zamanı yerdəyişməsi ilə əlaqədar yalnız yenidən yerləşdirilməsi məqsədi ilə çəkildikdə və belə yenidən yerləşdirmə ümumi təhlükəsizlik naminə həyata keçirilmədikdə;

226.2.2. gəminin yüklənmə yerində aşkar edilmiş və səfər zamanı baş vermiş hər hansı bir bədbəxt hadisə və ya digər fövqəladə hallarla bağlı olmayan zədələnmə ilə əlaqədar gəminin təmiri üçün zərurət yarandıqda zədələnmə aradan qaldırıldıqda.

226.3. Bu Məcəllənin 226.1-226.2-ci maddələrində göstərilən hallarda boşaldılmış və ya yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat predmetlərinin yenidən gəmiyə vurulması və ya yenidən yerləşdirilməs Maddə 226. Yükün, yanacağın və ya … lən hallarda boşaldılmış və ya yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat predmetlərinin yenidən gəmiyə vurulması və ya yenidən yerləşdirilməsi üçün çəkilən xərclər onların sığortalanması və saxlanması üçün çəkilən xərclərlə birlikdə ümumi qəza hesab edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver