QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 227

Maddə 227. Gəminin müvəqqəti təmiri Ümumi təhlükəsizlik naminə, yaxud ümumi qəzada əmlakın qurban verilməsi nəticəsində vurulmuş zərərin aradan

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

qaldırılması üçün yükün vurulduğu yerdə, gəminin daxil olduğu yerdə və ya sığınacaq yerində gəminin müvəqqəti təmirinə çəkilmiş xərclər ümumi qəzaya aid edilir. Səfəri başa çatdırmaq üçün zəruri olan təsadüfi zədələrin müvəqqəti aradan qaldırılması üçün çəkilən xərclərin əvəzi yalnız qarşısı alınmış xərclərin (lakin qarşısı alınmayacağı təqdirdə ümumi qəzaya aid edilə biləcək) həddində ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver