QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 270

Maddə 270. Mükafat

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

270.1. Faydalı nəticəsi olan xilasetmə əməliyyatları mükafat almağa hüquq verir.

270.2. Xilasetmə əməliyyatlarının faydalı nəticəsi olmadıqda, bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, heç bir mükafat verilmir.

270.3. Mükafat xilasetmə əməliyyatlarını həvəsləndirmə məqsədi ilə aşağıdakı meyarlar (ardıcıllıqlarından asılı olmayaraq) nəzərə alınmaqla müəyyənləşdirilir:

270.3.1. gəminin və digər əmlakın xilas edilmiş dəyəri;

270.3.2. ətraf mühitə vurulan zərərin qarşısının alınmasında və ya azaldılmasında xilas edənin ustalığı və səyi;

270.3.3. xilas edənin nail olduğu müvəffəqiyyət;

270.3.4. təhlükənin xarakteri və dərəcəsi;

270.3.5. gəminin, insanların və digər əmlakın xilas edilməsində xilas edənin ustalığı və səyi;

270.3.6. xilas edənin çəkdiyi xərclər, sərf etdiyi vaxt və ona vurulan zərər;

270.3.7. xilas edənin və ya onun avadanlığının məruz qaldığı məsuliyyət riski və digər risklər;

270.3.8. xilasetmə xidmətlərinin göstərildiyi tezlik;

270.3.9. xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş gəmilərin və ya digər avadanlığın mövcudluğu və onlardan istifadə;

270.3.10. xilas edənin avadanlığının hazırolma vəziyyəti və belə avadanlığın səmərəliliyi və dəyəri.

270.4. Bu Məcəllənin 270.3-cü maddəsinə müvafiq olaraq müəyyənləşdirilmiş mükafat gəmidə və başqa əmlakda marağı olan bütün şəxslər tərəfindən gəminin və başqa əmlakın xilas edilmiş müvafiq dəyərinə mütənasib olaraq ödənilir.

270.5. Mükafat, mükafatla bağlı ödənilə bilən məhkə Maddə 270. Mükafat … slər tərəfindən gəminin və başqa əmlakın xilas edilmiş müvafiq dəyərinə mütənasib olaraq ödənilir.

270.5. Mükafat, mükafatla bağlı ödənilə bilən məhkəmə xərcləri və hər hansı faizlər istisna olmaqla, gəminin və başqa əmlakın xilas edilmiş dəyərindən çox olmamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver