QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 285

Maddə 285. Digər iddialar üçün maneələr Məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqda, heç bir şəxsin, kimin ki tələblərinin təmin edilməsi üçün

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

fond nəzərdə tutulub, belə fondu yaratmış şəxsin və ya şəxslərin digər əmlakına həmin tələblər üzrə hər hansı bir hərəkət etmək hüququ yoxdur. Məhkəmə məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqdan sonra göstərilən şəxsə və ya şəxslərə məxsus olan və fonda verilə bilən tələblər üzrə həbs qoyulmuş gəminin və ya digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq üçün verilən hər hansı bir təminatı azad edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver