286.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara da şamil edilir:
286.1.1. hərbi, yardımçı hərbi və sərhəd gəmiləri istisna olmaqla, Azərbaycan Respublikasının mülkiyyətində olan və ya tələb yaranan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və ya istifadə edilən gəmilərə;
286.1.2. qazma işləri üçün inşa edilmiş və ya uyğunlaşdırılmış və belə işləri görən gəmilərə.
286.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar dəniz dibinin və ya təkinin mineral və digər ehtiyatlarının kəşfiyyatı üçün nəzərdə tutulmuş üzən platformalara şamil edilmir. XXII fəsil Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası